Bakıda yol qəzasına baxan sürücü özü qəza törətdi - FOTO

OXUNUB: 600 HADİSƏ

Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İcmal.Az report-a istinadla xəbər verir ki, "90-XH-956” dövlət qeydiyyat nişanlı, "Volkswagen” markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan "90-ZL-722” dövlət qeydiyyat nişanlı, "Toyota” markalı avtomobilə çırpılıb.

Nəticədə "Volkswagen”in sürücüsü müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

 

RƏYLƏR