Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc öldü

OXUNUB: 727 SOSİAL

Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc oğlan ölüb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

A. Şərifzadə küçəsində yaşayan 1989-cu il təvəllüdlü İsmayılov Natiq Eynulla oğlu yüksək dozada narkotik maddə qəbul edərək, dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR