Bakıda zəncirvari qəza - Foto

OXUNUB: 931 HADİSƏ

Bakıda bir neçə avtomobil toqquşub, xəsarət alan var.

İcmal.Az  "Report”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Bülbül prospekti ilə hərəkət edən "Lada Priora" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil Bəşir Səfəroğlu ilə küçənin kəsişməsində yol kənarında dayanan "BMW", "Lexus" o cümlədən hərəkətdə olan "Chevrolet" markalı avtomobillərə çırpılıb.

Hadisə nəticəsində "Lada Priora" deformasiyaya uğrayıb, onun sürücüsü isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən araşdırma aparılır.

 



İcmal.Az

RƏYLƏR