Bakıda “ZİL” “QAZel”ə çırpıldı: 13 yaralı

OXUNUB: 500 HADİSƏ

İyulun 19-da, saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi "ZİL" və Vəli Cavadovun idarə etdiyi "QAZel" markalı avtomobillər toqquşub.

DİN-in Mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, hadisə nəticəsində V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR