Bakıda özünü binadan atan qadının kimliyi bilindi: 18 yaşlı... (YENİLƏNDİ)

OXUNUB: 1080 HADİSƏ

Bu gün Bakı şəhərinin Yasamal rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızın şəxsiyyəti müəyyənləşib.

Yeni Yasamal 2 yaşayış massivində, "Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.

Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. /lent.az

***

Bakının Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, "Şərur” MTK-ya məxsus binada baş verib. Qadın özünü binanın 17-ci mərtəbəsindən atıb.

Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş: "Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal örtdülər” ./oxu

İcmal.Az

RƏYLƏR