Bakıdakı dönərxanada siçanların “dönər keyfi” – VİDEO

OXUNUB: 662 SOSİAL

Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan gəmiricilər ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır.

İcmal.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanalardan birində çəkilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu tipli dönərxanalar bir sıra qarşısı alınmaz yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.

Ziyəddin Kazımov əlavə edib ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq.

İnzibati Xətalar Məcəlləsinə əsasən, sahibkarı 100-200 manat məbləğində cərimə gözləyir.

Görüntülər o qədər ürəkbulandırıcıdır ki, şam yeməyinin vaxtı olduğundan həmin kadrların üzərini bağlayaraq təqdim edirik:

İcmal.Az

RƏYLƏR