Bakıdan gedən yük maşınında 200 qaçaq tutuldu - VİDEO

OXUNUB: 632 DÜNYA

Türkiyədən qaçaq yolla Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb. 

İcmal.Az xəbər verir ki, bu barədə Qafqazinfo Türkiyə KİV-nə istinadən məlumat verir. 

Məlumata əsasən, Çorum şəhərində şübhəli yük maşını saxlanılıb. Bu zaman sürücü qaçıb. Maşının yük yerində azərbaycanlı və əfqan olmaqla, 200 qaçqının olduğu müəyyənləşdirilib. Polis bildirib ki, yük yerindən düşənlər də qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. 

Məlum olub ki, həmin şəxslər Avropaya mühacirət etmək üçün yük maşınına külli miqdarda pul ödəyiblər. Polisin məlumatına görə, qaçqınlar yük maşınına Azərbaycanın paytaxtı Bakı şəhərində miniblər və Türkiyə üzərindən gizli olaraq Avropaya keçməyi planlaşdırıblar. 

 
İcmal.Az

RƏYLƏR