Bakının bəzi yerlərində içməsi su verilişində məhdudiyyətlər olacaq

OXUNUB: 588 SOSİAL

Bu gün ərzində Bakı şəhəri, Xətai rayonunun Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İcmal.Az-ın "Azərsu" ASC-yə istinadən verdiyi xəbərə görə, bu, Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

İcmal.Az

RƏYLƏR