Bakının əsas prospektində dörd maşın toqquşdu: Xəsarət alanlar var

OXUNUB: 725 HADİSƏ

Bakıda dörd avtomobil toqquşub.

 Heydər Əliyev prospektində "Günəş” şadlıq sarayının qarşısında "Mercedes” markalı, 10 NB 939 dövlət nömrə nişanlı, "Mercedes” markalı, JR 797 AZTR 17 dövlət qeydiyyat nişanlı, "Hyundai” markalı, 90 HG 903 dövlət nömrə nişanlı, "Mercedes” markalı, 02 BJ 056 dövlət nömrə nişanlı avtomobillər toqquşub.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır./apa

İcmal.Az

RƏYLƏR