Bakının mərkəzində ağır qəza: Ölən var

OXUNUB: 741 HADİSƏ

Bakının mərkəzində ağır yol qəzası baş verib.

Gecə saat 21:50 radələrində Parlament prospektində Xamis Ağcayevin idarə etdiyi "Mercedes C 230” markalı, 10 VS 232 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən 35-40 yaşlı qadını vurub.

Ağır xəsarət alan qadın xəstəxanada vəfat edib.

Araşdırmalar nəticəsində məlum olub ki, ölən qadın 1979-cu il təvəllüdlü Quliyeva Lamiyə Əfrail qızıdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./lent

İcmal.Az

RƏYLƏR