Bakının mərkəzində yol çökdü – FOTO/VİDEO

OXUNUB: 905 SOSİAL

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb.

Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

İcmal.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin verdiyi məlumata əsasən, dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub.

"Hal-hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.

Məlumata görə, Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək.

 

İcmal.Az

RƏYLƏR