Müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak üçün Bakıya gələn qız yoxa çıxıb

OXUNUB: 636 SOSİAL

Lənkəran sakini Bakıda itkin düşüb.

 Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.
 
Məlumata görə, Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxıb.
 
Daxil olan məlumat əsasında axtarışlara başlanıb. /apa 

 

İcmal.Az

RƏYLƏR