Bakıya gələn ərəb turistə 40 min “atdılar”

OXUNUB: 646 HADİSƏ

Birləşmiş Ərəb Əmirliklərindən Bakıya səfərə gələn turistə külli miqdarda pul "atıblar”. 

 

 Bu günlərdə Dubaydan Bakıya gələn BƏƏ vətəndaşı, 1964-cü il təvəllüdlü Mohammad Almeri polisə şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, Bakıya gəlmək qərarı verəndən sonra internet vasitəsi ilə buradakı turizm şirkətlərindən biri ilə əlaqə saxlayıb və Azərbaycanda tur üçün həmin şirkətin hesabına 40 min dirhəm keçirib. Lakin təyyarə ilə Bakıya gələn ərəb turisti burada qarşılayıb xidmət edən olmayıb.

 

Müraciət əsasında araşdırma aparılır./lent

 

 

İcmal.Az

RƏYLƏR