"Baktelecom" abunəçilərinin internet təminatında fasilə yarandı - Səbəb

OXUNUB: 6032 Texnologiya
 
 "Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

7News.Az bildirir ki, MMC-dən "APA-Economics"ə verilən məlumata görə, nəticədə bəzi "Baktelecom" abunəçilərinin internet xidməti ilə təminatında fasilələr yaranıb. 

Hazırda texniki heyət tərəfindən baş verən çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir. 
 
 
7News.Az

RƏYLƏR