“Baku Steel Company”nin dövlət qarşısında 6 mln. manat vergi borcu var

OXUNUB: 854 İQTİSADİYYAT

Azərbaycanın və eləcə də Qafqazın ən böyük metallurgiya zavodunun dövlətə böyük vergi öhdəliyinin olduğu məlum olub.

Banker.az-ın əldə etdiyi məlumata görə 19 ildir sobasında polad əridən "Baku Steel Company” MMC-nin (BSC) 6.02 mln. (6 019 134) manat həcmində dövlətə vergi borcu var. Dəqiq olaraq bildirək ki, BSC-nin vergi borcu 6 iyul 2020-ci il tarixinə qədəri əhatə edir.

"Baku Steel Company” MMC 2009-cu ildə yaradılıb, sahibi Rasim Məmmədovdur. 2013-cü ilin iyununda "Azərboru” ASC-nin səhmlərinin 97,39 faizinin özəlləşdirilməsinə dair keçirilmiş investisiya müsabiqəsinin nəticələrinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi ilə "Baku Steel Company” arasında alqı-satqı müqaviləsi imzalanıb.


Bu zavodu almaq üçün "Baku Steel Company”, Əmlak Məsələləri Dövlət Komitəsinə 14 mln. manat ödəmişdi.

Hazırda BSC-nin nizamnamə kapitalı isə 36 mln. manat təşkil edir. Məlumata görə, şirkətin ümumi işçi sayı min nəfərdən çoxdur.

RƏYLƏR