""Baku steel" ləqəbli Rasim Məmmədovu 10 il qabaq tutmalı idilər, ancaq..." - İDDİA

OXUNUB: 393 Özəl GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xər verir ki, "Baku Steel Company" poladəritmə zavodunun sabiq rəhbəri Rasim Məmmədov deyir ki, həbs olunarkən ondan kitabça və iki flaşkart götürülüb və yoxa çıxarılıb. Onun sözlərinə görə, ötən 11 il ərzində kimlərə nə qədər pul verib, hamısı onun içindədir. Bu üzdən də həmin kitabça və flaşkartların üzə çıxarılmasını tələb edir.

Məsələyə münasibət bildirən tanınm iş adamı Nazim Məmmədovun maxinator olduğunu deyib: ""Baku steel" ləqəbli Rasim Məmmədovun girovluqdan azad edilməsini tələb edirəm...adam hər kəsə rüşvət verib, eşitdiyimə görə ANS-dəki keçmiş məşhur aparıcıya da 100 minlərlə pul ödəyib, kino çəkdirib...Öz işidir canı cəhənnəmə, ancaq əclaf mənə 10 il əvvəl 10 milyon manat ziyan vurub, zavodumu zəbt edib, 250 işçini "metal qoçu dəstəsi" hesabına küçəyə atıb....onu 2012-də tutmalı idilər, ancaq 20 ay bundan əvvəl korrupsiyaya bulaşmış yüksək vəzifəli şəxslərin razborkasına görə girov götürüblər...Rasimə azadlıq (kinayəli)"
Məlumat üçün qeyd edək ki, 20 aydır həbsdə olan keçmiş zavod rəhbərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 55 milyon manatlıq mənimsəmə və israfetmə kimi əməllərdə suçlanır. Amma özü bu ittihamı qəbul etmir. Əksinə, zavod da daxil olmaqla, özü və qohumlarının çoxsaylı əmlaklarının əllərindən alındığını deyir.
Slava Ukraine, Geroyam Slava!

RƏYLƏR