“BakuBus” avtobusu bir manevrlə bütün yolu iflic etdi – VİDEO

OXUNUB: 920 Özəl HADİSƏ

Bakıda sərnişin avtobusu kobud şəkildə qaydanı pozub. Bu barədə paytaxt sakinləri baku.bw-in "qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, hadisə "BakuBus” şirkətinə məxsus sərnişin avtobusu Nərimanov rayonu ərazisində, "Gənclik” metrosu yaxınlığında, "Ganjlik Mall”ın qarşısında qeydə alınıb. Hadisənin görüntüsü redaksiyamıza göndərilib. Videodan da göründüyü kimi iritutumlu sərnişin avtobusu qaydaları kobud şəkildə pozur, qəza təhlükəsi yaradır və tıxaca səbəb olaraq, qoşa xətti tapdalayaraq dönür.

 

Halbuki həmin ərazidə yol dardır və ərazidə avtomobillər intensiv hərəkət edir. Burada kiçik diqqətsizlik və qayda pozuntusu faciəvi qəzaya səbəb ola bilər.

 

RƏYLƏR