“BakuBus” piyada özbaşnalığından narahatdır - VİDEO

OXUNUB: 671 SOSİAL

"BakuBus” MMC paytaxtda piyadaların avtobusun hərəkət zolağına çıxması, öz həyatlarını təhlükə altına atmaları ilə bağlı görüntüləri yayımlayıb.

MMC-dən İcmal.Az-a verilən məlumatda bildirilir ki, belə hadisələrdən biri fevralın 8-də saat 17:41 radələrində 5 saylı marşrut xətti üzrə N.Nərimanov m/s-dan 20-ci sahə istiqamətinə hərəkət edən "BakuBus”a məxsus 99JX-221 dövlət qeydiyyat nişanlı avtobus Dəmir yolu vağzalı dayanacağına yaxınlaşarkən baş verib.

"Videogörüntüdən aydın olur ki, avtobusun hərəkət zolağına çıxan sərnişinlər öz həyatlarını təhlükəyə atmaqla yanaşı avtobusun dayanacağa daxil olmasına maneə yaradır, hətta bir sərnişin avtobusun guya onların üzərinə sürüldüyünü iddia edərək sürücünü təhqir edir. Bu cür hallar avtobusun sünü şəkildə dayanacaqda ləngiməsinə, öz zolağında hərəkət imkanlarını məhdudlaşdırmasına, sürücülərdə stress vəziyyətinin yaranması ilə yanaşı bədbəxt hadisələrə də gətirib çıxara bilər”-deyə, məlumatda bildirilir.

İcmal.Az

RƏYLƏR