“BakuBus”un avtobusu ilə taksi toqquşdu

OXUNUB: 626 GÜNDƏM HADİSƏ
Bakıda yol qəzası baş verib. 
İcmal.Az "Report”a istinadən xəbər verir ki, hadisə metronun "Gənclik” stansiyasının qarşısında qeydə alınıb.

Belə ki, "BakuBus” MMC-yə məxsus 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JH-978 dövlət qeydiyyatı nişanlı sərnişin avtobusu taksi ilə toqquşub. Nəticədə ərazidəki avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Hadisəyə səbəb taksinin avtobuslar üçün ayrılan dayanacağa girməsi olub. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report”a faktı təsdiqləyib. O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

RƏYLƏR