Balakəndə Mingəçevir şəhər sakini bıçaqlanıb

OXUNUB: 878 HADİSƏ
İcmal.Az xəbər verir ki, Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, iyunun 24-ü axşam saat 22:30 radələrində 1985-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Vüsal Nizami oğlu Rəhimov döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

V. Rəhimovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. V. Əliyev Balakəndə balıq alveri ilə məşğul olub.

Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə rayon ərazisində baş verib. V. Əliyev hələki istintaqa məlum olmayan şəxs və yaxud şəxslər tərəfindən bıçaqlanıb. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
 
İcmal.Az

RƏYLƏR