Balakəndə Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisinə 3 mln. manat ayrılıb

OXUNUB: 831 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 Sərəncama əsasən, binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 mln. manat ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməlidir.

 

İcmal.Az

RƏYLƏR