"Balamı döyüb lümlüt günün altında saxlayırdı" - Ögey atanın öldürdüyü 5 yaşlı Muradın görüntüləri

OXUNUB: 1246 SOSİAL
Kürdəmirdə ögey ata, Muradxan kənd sakini, 1974-ci il təvəllüdlü Abdulla Abdullayevin döyərək öldürdüyü 5 yaşlı Murad Yaqubovun görüntüləri yayımlanıb.

İcmal.Az xəbər verir ki, vəhşicəsinə döyülərək öldürülən azyaşlının anası danışıb. O bildirib ki, Abdulla oğluna zülm edib, günlərlə ac saxlayıb:

"Balamı döyürdü, günlərlə ac saxlayırdı. Həftədə iki dəfə çörək verirdi, onda da döyürdü. Gölə aparıb boğurdu. 40 dərəcə isti günün altında lüt halda saxlayırdı. Axırıncı dəfə döyəndə qızdırması qalxdı, "Ana, sağ ol" deyib qucağımda dünyasını dəyişdi".

Görüntüləri təqdim edirik:

 

İcmal.Az

RƏYLƏR