Bağlanan bankın milyonlarla manat borcu qalıb

OXUNUB: 870 İQTİSADİYYAT

Ləğvetmə prosesində olan "Gəncəbank” ASC-nin kreditlərinin sayı 1083, ümumi kredit portfelinin həcmi isə 104 mln. manat təşkil edir. 

Bunu Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, "Gəncəbank”ın standart kreditlərinin sayı 207, məbləği 1,7 mln. manat təşkil edir: 

"Bu bankda qeyri-standart kreditlərin sayı 876, məbləği 102 mln. manat təşkil edir. Təminatsız kreditlərin sayı 281, məbləği 78 mln. manatdır.

Bankın cəmi öhdəliyi 61 mln. manat təşkil edir. Bankın fiziki şəxslərə qarşı öhdəliyi 2,6 mln. manat, hüquqi şəxslərə öhdəliyi 10,7 mln. manatdır”.

A.Cavadov əlavə edib ki, "Gəncəbank”ın cəlb olunmuş vəsaitlərə görə ən böyük öhdəliyi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) qarşısındadır: "Bankın Fond qarşısında öhdəliyi 39 mln. manat təşkil edir. Bankın Mərkəzi Banka olan öhdəliyi 7,5 mln. manatdır”./apa

İcmal.Az

RƏYLƏR