Baldızına "Bacına sürprizim var" deyib QORXUNC CİNAYƏT törətdi - VİDEO - FOTO

OXUNUB: 620 DÜNYA

Bodrumda iş adamı Ali Özdemiri öldürən ortağı Mustafa Ö. baldızına "Sabah bacına sürprizim olacaq. Səhər yeməyi üçün onu harasa apar" deyərək arvadını evdən uzaqlaşdırdıqdan sonra qətli törədib.

Saxlanılan baldız K.S ifadəsində bunları bacısının ərinin olaydan bir gün öncə ona söylədiyini bildirib. K.S bacısı ilə Ali Özdemir arasında münasibət olduğunu Mustafa Ö.-nün intihar cəhdindən sonra bir tanışından eşitdiyini deyib.

Qeyd edək ki, 9 gün idi axtarılan iş adamını öldürən ortağı Mustafa Özbelen vəkili ilə birlikdə Bodrum Cumhuriyet Baş prokurorluğuna gedərək ortağının itmədiyini, arvadı ilə münasibətdə olduğu üçün öldürdüyünü etiraf etmişdi.

Bundan sonra Mustafa Özbelen ilə yanaşı arvadı T. Özbelen, Mustafanın qaynı, baldızı K.S və evdəki xadimə də polislər tərəfindən saxlanılıblar./milli

 

İcmal.Az

Baldızına

Baldızına


RƏYLƏR