Baltikyanı ölkələr mayın 15-dən daxili sərhədləri açır

OXUNUB: 816 DÜNYA

Estoniya, Latviya və Litva əhalinin sərbəst hərəkəti üçün mayın 15-dən daxili sərhədlərini açır.

TASS bu barədə Latviyanın Baş naziri Krişyanis Karinşə istinadla xəbər yayıb.

"Estoniyanın Baş naziri Yuri Ratas və Litvanın Baş naziri Saulius Skernialis ilə videokonfrans zamanı, mayın 15-dən etibarən daxili sərhədlərin açılması və Baltikyanı ölkələrin sakinlərinin sərbəst hərəkət etməsi mövzusunda razılığa gəldik. Digər ölkələrdən gələn sakinlər 14 gün karantində qalacaqlar”, - deyə, Latviyanın Baş naziri "Twitter” hesabında yazıb.

Qeyd edək ki, Latviya hökuməti martın ortalarında ölkədə aprelin 14-dək fövqəladə vəziyyət elan edib və sonra onu mayın 12-nə qədər uzadıb.

RƏYLƏR