"Bank BTB"-nin qanunsuz əməlləri ifşa olundu

OXUNUB: 742 GÜNDƏM Özəl İQTİSADİYYAT
"Bank BTB" ulu öndər Heydər Əliyevin imzaladığı qanunları unudub. Belə ki, sözügedən bank mərhum prezidentin 3 oktyabr 1997 -ci ildə imzaladığı "Reklam haqqında Azərbaycan Respublikasının Qanunu"nun bir neçə bəndini pozub.
 

Bank BTB" 30 min manatadək istehlak krediti verdiyini bildirir. Krediti sifariş etmək istəyən istehlakçı isə 30 min manat deyil, 20 min manatadək kredit sifariş edə biləcəyini görür. Bu halda bank sözügedən qanunun 10-cu maddəsini heçə sayır. Belə ki, maddədə deyilir:

O reklam bilərəkdən yalan hesab edilir ki, onun köməyi ilə reklam sifarişçisi (reklam istehsalçısı, reklam yayıcısı və ya reklam agentliyi) reklam istehlakçısını qəsdən yanlış istiqamətləndirir. /Kommersant.az

 

İcmal.Az

RƏYLƏR