“Bank Respublika”da yeni təyinat

OXUNUB: 701 İQTİSADİYYAT

"Bank Respublika” ASC-də yeni təyinat olub.

İcmal.Az Marja-ya istinadən xəbər verir ki, Çingiz Əsədov Bankda Marketinq Kommunikasiyaları üzrə menecer (Marketing Communications Manager) təyin olunub. İndiyədək bu vəzifə boş idi. Çingiz Əsədov Fevralın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Çingiz Əsədov bundan əvvəl 7 il "AccessBank”da işləyib. Əsədov Bakı Fond Birjasında da çalışıb.

İcmal.Az

RƏYLƏR