Banklar bu il neçə nəfəri ixtisar edib?

OXUNUB: 919 İQTİSADİYYAT

Bu il mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən 32 kommersiya bankının filiallarının sayı 560 olub ki, bu da ilin əvvəli ilə müqayisədə 9 ədəd azdır. Aprel ayında yalnız bir filial bağlanıb.

İcmal.Az-ın məlumatına görə, bu barədə "Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Əvəzində, yanvar-aprel aylarında bankların şöbələrinin sayı 9 ədəd artaraq 140-a çatıb. Təkcə apreldə şöbələrin sayı 3 ədəd artıb. Hesabat dövründə bank ATM-lərinin sayı 32 ədəd artaraq 2493-ə çatıb və bu artımın 22 ədədi aprel ayının payına düşüb.

Bank sektorunun işçi heyəti isə 733 nəfər və 4,3% azalaraq 16 min 214-ə düşüb. Hesabata əsasən, təkcə aprel ayında işçilərin sayı 98 nəfər və ya 0,6% azalıb.

İcmal.Az

RƏYLƏR