Bankların kredit gecikmələrinə görə cərimələr yazması haqda RƏSMİ AÇIQLAMA

OXUNUB: 627 İQTİSADİYYAT
"Banklarda kredit ödənişləri ilə bağlı gecikmələr yazılmayacaqdı. Bu, bankların könüllü qərarı idi”.

7News.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

O qeyd edib ki, könüllü qərar olduğu üçün seçim bankların idi:

"Onlar sahibkarlara kömək etməlidir. Faktlar olarsa, biz araşdıra bilərik. Ola bilsin ki, vətəndaşın krediti ödəmək imkanı var və vəziyyətdən sui-istifadə edərək, ödənişdən qaçmaq istəyir və banklar da bunu biləndə, məcbur olub cərimələyirlər. Yardımdan sui-istifadə edilməməlidir”.

RƏYLƏR