“Barselona” ardıcıl üçüncü dəfə İspaniya Kubokunu qazanıb

OXUNUB: 956 İDMAN

"Barselona” İspaniya Kubokunun final matçında "Alaves”i məğlub edib.

 Madridin "Visente Kalderon” stadionunda keçirilən görüş 3:1 hesabı ilə başa çatıb.

Bununla da "Barselona” ardarda üçüncü dəfə, ümumilikdə isə rekord sayda – 29 dəfə İspaniya Kubokunun qalibi olub.

Luis Enrike Kataloniya klubunun sükanı arxasında son oyununu keçirib. O, üç il ərzində komanda ilə 9 titul qazanıb.

İspaniya Kuboku. Final

"Barselona” – "Alaves” - 3:1

Qollar: 1:0 – Messi – 30, 1:1 – Bernar Fransua – 33, 2:1 – Neymar – 45, 3:1 – Alkaser – 45+3  //report


İcmal.Az

RƏYLƏR