Baş həkimin polis oğlunun öldüyü qəzadan - Video

OXUNUB: 1097 HADİSƏ

Xəbər verdiyimiz kimi, Qazaxdan Bakı istiqamətinə hərəkətdə olan "Porsche" markalı maşın Tovuzda Qəhrəmanlar parkının giriş hissəsinə çırpılıb. 

Nəticədə avtomobilin sürücüsü, Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Zakir Qəhrəmanov dünyasını dəyişib.

Nəqliyyat vasitəsində olan sərnişinlər Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, Nurxan Hüseynov və onun həmkəndlisi Azad Fətullayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Zakir Qəhrəmanov "Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

İcmal.Az ARB 24-ə istinadən qəzanın görüntülərini təqdim edir:

 

 

RƏYLƏR