Baş Prokurorluq tərəfindən saxlanıldığı deyilən Abşeron icra başçısının BİZNES İMPERİYASI

OXUNUB: 1083 index-manşet Özəl

Xəbər verdiyimiz kimi Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Abşeron rayonunda əməliyyat keçirmişdi. Məlumatda qeyd olunurdu ki, icra hakimiyyətinin bir çox vəzifəli şəxsləri saxlanılıb. Daha sonra məlumat verildi ki, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyevin və bir çox digər vəzifəli şəxslər həbs ediliblər. Akif Əliyev uzun illərdir ki, Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi vəzifəsində çalışır. Hazırda Sumqayıtın, daha əvvəl isə Abşeronun icra başçısı olanZakir Fərəcovun vaxtından bu vəzifədə olan A.Əliyevin adı dəfələrlə evlərin tikintisinə icazələrin verilməsi və bir çox digər məsələlərdə, korrupsiyada hallanırdı. Abşeronun indiki icra başçısı İradə Gülməmmədovanın bu kresloya Z.Fərəcovun müavinliyindən gəlməsi isə rayonun hələ də Fərəcov tərəfindən nəzarətdə saxlanıldığı barədə şübhələr oyadırdı. Təsadüfi deyil ki, indiki icra başçısının ətrafındakı əsas adamlar da məhz Z.Fərəcovun vaxtından qalan məmurlar və ya qohumlarıdır. Sosial şəbəkələrdə isə başçı və müavinlərində müvəqqəti olaraq saxlanıldığını qeyd edilib.

Bu olaydan sonra isə redaksiyamız kiçik araşdırma edib və Abşeronun indiki icra başçısı İradə Gülməmmədovanın biznes imperiyasının xəritəsini tərtib edib.

İcra başçısının həyat yoldaşının şirkəti

İ.Gülməmmədovanın həyat yoldaşının iş adamı olmasıyla bağlı məlumat dövrü mətbuatda yalnız bir yerdə verilib. O da kiçik oxucu kütləsinin əldə edə biləcəyi yerli idman qəzetlərindən birində.

Y.Gülməmmədovun adına olan müəssisələr – "İmpuls-M.V.” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1000296151). Müəssisənin qanuni təmsilçisi reyestr məlumatlarında Gülməmmədov Yolçu Katamazya oğlu göstərilib. Nizamnamə kapitalı 10 manat olan müəssisə 2004-cü ildə qeydiyyata alınıb. Bu, Y.Gülməmmədovun yeganə müəssisəsi deyil.

"İmpuls-M.V.” MMC apteklər şəbəkəsinin ümumi adıdır. Hansı ki, onların bəzisi bir neçə il əvvəl Səhiyyə Nazirliyi tərəfindən qiyməti süni şəkildə qaldırılmış qoruyucu maska satdığı üçüncərimələnib. "İmpuls-M.V.”-lə eyni ünvanda daha bir müəssisə yerləşir – "İRS Mobil” MMC (VÖEN: 1000588131) . Müəssisənin qanuni təmsilçisi Quliyev Rövşən Akif oğlu, təsisçisi isə Quliyev Akif Hümmət oğludur.

İcra başçısının qardaşına və atasına məxsus şirkətlər

"İRS Mobil” 2005-ci ildə təsis olunub, nizamnamə kapitalı 10 manatdır. R.Quliyev İ.Gülməmmədovanın qardaşı, A.Quliyev isə atasıdır. Rövşən Quliyevin adının keçdiyi ikinci müəssisə isə "Nigər-Q.S” MMC-dir (VÖEN: 1901059821). Rövşən Quliyevin iki qızından birinin adı da Nigardır. Onun həyat yoldaşı Quliyeva Aynurə, qızı Quluzadə Nigar və oğlu Quliyev Raufa qarşı məhkəmə çəkişməsi var. Məhkəmə qərarı onların xeyrinədir. "Nigər-Q.S” MMC-nin hüquqi nümayəndəsi Rövşən Quliyev, təsisçisi isə Akif Quliyevdir. 2010-cu ildə qeydiyyata alınan müəssisənin nizamnamə kapitalı 20 manatdır.

R.Quliyev özü Qarabağ döyüşlərinin iştirakçısı, qazidir. O, Şəhid, Əlil və Veteranlar Birliyinin təsisçisidir. Bundan başqa, Qarabağ döyüşçüləri – veteran və əlillərin, hərbiçilərin iştirak edə biləcəyi amputant futbol komandası yaradıb. Müxəlif yarışlarda iştirak edirlər. Bu yarışın keçirildiyi ünvan da Abşeron rayonunda yerləşən Olimpiya İdmanKompleksidir.

Eyni ünvanda bir neçə şirkət

Abşeron rayonu, Rəsulzadə qəsəbəsi ŞTQ, Davudoğlu (M.Rəsulzadə qəsəbəsi) ünvanında daha bir MMC fəaliyyət göstərir "Vimay”. Qanuni təmsilçisi Umayeva Elnarə Vaqıf qızıdır.

E.Umayevanın adına daha bir MMC "Vimay-Med” (Af-Gen) Klinikasında da rast gəlmək mümkündür. "Vimay” 2004-cü ildə, "Vimay-Med” isə 2014-cü ildə təsis olunub. E.Umayeva son seçkilərə qədər Abşeron rayonunda Görədil bələdiyyə sədrinin müaviniolub. O, budəfəki bələdiyyə seçkisində namizədlər arasında olsa da, seçilməyib.

Binəqədi rayonu, M.Davudoğlu 12a ünvanında fəaliyyət göstərən "Vimay-Med” klinikası müxtəlif tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri aztəminatlı ailələr arasından seçilən uşaqların pulsuz sünnətolunmasıdır.

Yeri gəlmişkən, bu təşəbbüsün müəllifi İradə Gülməmmədova olub. Hazırda "Vimay-Med” Klinikasının qanuni təmsilçisi Zaidov Mirəzim Həsən oğludur. M.Zaidov eyni zamanda klinikanın baş həkimdir. E.Umayevanın adına bağlanan "Vimay” Tibb Mərkəzi həm Səhiyyə Nazirliyinin, həm də Vergilər Nazirliyinin reyestr məlumatlarında "Afgen” Klinikasıyla eyni adı daşıdığı bəlli olur. Baxmayaraq ki, "Afgen” özü Bioloji Təbabət Klinikasının binasında fəaliyyət göstərir. Bioloji Təbabət Klinikası haqda bir qədər sonra. "Vimay” Tibb Mərkəzinin keçmiş rəsmi elektron səhifəsi "vimayclinic.com” olub. Sonradan səhifə bağlansa da, "Facebook” sosial şəbəkəsində aktiv təmsil olunur. Klinika əsasən arıqlama, liposaksiya, döş böyütmə və kiçiltmə, eləcə də kosmetoloji əməliyyatların gerçəkləşdirməsini həyata keçirir.

E.Umayevanın adına daha bir müəssisə qeydiyyatdan keçirilib. Bu, "Repose Travel” (VÖEN: 3102670111) adlı turizmşirkətidir. 2018-ci ildə yaradılan müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Abşeron rayonu, Görədil, İ.Yusifov, ev 4-dür

İradə Gülmmədovanın qeydiyyatda olduğu ünvanda üç müəssisə qeydiyyatdan keçib – "Nabat” firması (VÖEN: 3101168861), "Herbimed” MMC (vöen: 1001399851) və "Afgen” MMC (vöen: 1002041591).

"Nabat” firması yanvarın 18-i 1997-ci ildə təsis olunub. Qanuni təmsilçisi Quliyev Rizvan Akif oğludur. Nizamnamə kapitalı göstərilməyib. Müəssisənin adaşı olan Nabat adına İradə Gülməmmədovanın qardaşı Rövşən Quliyevin ailə üzvləri arasında rast gəlinir. İbrahimova Nabat Rövşən qızı (1993-cü il təvəllüdlü) eyni zamanda M.Davudoğlu 34 ünvanına qeydiyyatdadır. O, hazırda Abşeron rayonunda yerləşən Heydər Əliyev Mərkəzində işləyir. Qərb Universitetinin regionşünaslıq fakültəsini bitirən N.İbrahimova mərkəzdə elmi işçiişləyir.

"Vimay”ın keçmiş adı "Nabat Klinikası” olub. Həmin ad "Google” xəritədə də eynilə qeyd olunub, eləcə də ünvan göstərən səhifələrdə. "Nabat Klinikası” ilə oxşar xidmətləri göstərən "Nabat Med” Klinikası isə Rusiyada qeydiyyatdan keçib. Təsisçisi və direktoru Abbasov Mehman Rafiqoğludur. "Nabat Med” "Mirpromtorq” MMC-ninnəzdindədir.

Təsisçilər arasında Türkiyə vətəndaşları da var

"Afgen” MMC-nin təsisçisi Gülməmmədov Yolçu Katamazya oğlu, Hüseynov Afiq Tapdıq oğlu və Türkiyə vətəndaşı Səlcuq İbrahimdir. Qanuni təmsilçisi isə Y.Gülməmmədovdur. 2011-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 30 manatdır. Afiq Hüseynov digər soyadla (Bərdəli) İzmir şəhərində fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetində İradə Gülməmmədova ilə eyni illərdə pediatriya fakültəsində təhsil alıb. Bir müddət "Afgen” Klinikasında da fəaliyyət göstərib. Onun haqda məlumatlarda klinikanın rəhbəri olaraq dagöstərilib.

"Herbimed” MMC 2008-ci ildə təsis olunub. Onun qanuni təmsilçisi və təsisçisi də Y.Gülməmmədov olub. Hazırda vergi reyestrində qanuni təmsilçi Nəcəfov Azər Bayram oğludur. A.Nəcəfovla Y.Gülməmmədov sosial şəbəkədə də dostdurlar. A.Nəcəfovun da adına hazırda "Herbimed”lə yanaşı daha bir müəssisə "Atash-farm” MMC (VÖEN: 3101185981) qeydiyyatdan keçirilib. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Ələsgər ev 5, mənzil 1-dir. Bu ünvanda da daha bir müəssisə qeydiyyata alınıb – "Harunfarm” MMC (VÖEN: 3101168861). Harun həm də icra başçısının oğul nəvəsinin adıdır. Hər iki müəssisə 2013-cü ildə qeydiyyata alınıb. "Harunfarm”ın keçmiş qanuni təmsilçisi Əliyev Taleh İsaxan oğlu, hazırkı qanuni təmsilçi Bəxtiyarov Babək Fərman oğludur. Müəssisələrin fəaliyyətinin genişliyini Taleh Əliyevin də timsalında görürük. Belə ki, onun adına daha bir müəssisə rəsmiləşdirilib – "Bioflora-M.V.” (VÖEN: 1701630621) MMC-dir. Nizamnamə kapitalı 20 manat olan müəssisənin ünvanı, Səbail rayonu, Neftçi Qurban Abbasov, ev 25, mənzil 1-dir.

İcra başçısının həyat yoldaşı 1996-cı ildə daha bir müəssisə qeydiyyatdan keçirib – "Enerqorenovasiya” MMC. Müəssisənin hüquqi ünvanı Xızı rayonu, Xızı şəhəridir.

Üçüncü dövrə

Keçək üçüncü dövrəyə. Y.Gülməmmədovun adına rəsmiləşən daha bir müəssisə "Fidanfarma”dır (VÖEN: 1400124391). Hüquqi ünvanı Nəsimi rayonu, 20 yanvar, ev 3, mənzil 4-dür. 2001-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 20 manatdır.

Səhiyyə Nazirliyinin özəl müəssisələr və onların fəaliyyəti haqda olan sənədində adı keçən "Afgen” klinikası əsasən 2011-ci ilin avqust ayından fəaliyyət göstərir. Klinika 2012-ci ildən Bioloji Təbabət Klinikasının binasında fəaliyyətini davam etdirir. "Afgen” Klinikasında gen xəstəliklərinin müayinəsi və müalicəsi aparılır. Bioloji Təbabət Klinikasında isə əsasən reabilitasiya və fizioterapiya, osteopatiya, xroniki yaraların sağaldılması, kosmetologiya və digər xidmətlər göstərilir. Bu müəssisədə müalicə olunan pasiyentlərə lazım olan dərmanları da elə klinikaya bağlı fəaliyyət göstərən "Planeta” apteklər şəbəkəsi (VÖEN: 1400172851) satır. Bu apteklər ölkədə 7 ünvanda fəaliyyət göstərir. Əslində matryoşka kimi bir-birinin içindən çıxan bu müəssisələrin domein adresləri də bir-birinə bağlıdı. Bioloji Təbabət Klinikasının ölkədə üç yerdə Sumqayıtda, Göyçayda və Masallıda, xaricdə isə Türkiyədə filialıvar.

AncaqBioloji Təbabət Klinikasının(VÖEN: 1401424551) reyestr məlumatlarında qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur. Elə bütün mətbuatda gedən xəbərlərdə də, o, iş adamı kimi təqdimolunur.

2008-ci ildə təsis olunan müəssisənin nizamnamə kapitalı 10 manatdır. Klinikanın hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 30, mənzil 48-dir. E.Yaqubovun qanuni nümayəndə olduğu daha bir müəssisə də "Planeta” İstehsal-Kommersiya Şirkətidir (VÖEN: 1400172851). 1997-ci ildə qeydiyyatdan keçən müəssisənin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Nəsimi rayonu, Cavadxan 24-dür.

E.Yaqubovun adına rəsmiləşən hazırda isə ləğvetmə prosesində olan daha bir müəssisə isə "Bioloji Tənzimləyici Təbabət Mərkəzi”dir (VÖEN: 1402836811). Nizamnamə kapitalı 10 manat olan müəssisə 2014-cü ildə təsis olunub.

İşsiz üzvü olmayan ailə

Bundan başqa, İ.Gülməmmədovanın qızı Vüsalə Gülməmmədova elə Abşeron rayonunda yerləşən "Zümrüd” uşaq bağçasınındirektorudur. Bağça özəl fəaliyyət göstərir. 2 dekabr 2016-cı ildə fəaliyyətə başlayıb. Vergilər Nazirliyinin reyestrində isə "ZümrüdKörpələr Evi-Uşaq Bağçası” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1004597731) 2017-ci ildə qeydiyyata düşüb. Uşaq bağçasında bir uşağın aylıq xərci 550 manatdır. Servis xidməti də həyata keçirən müəssisədə məsafədən asılı olaraq aylıq daşıma xərci 200-250 manat arasında dəyişir.

"Abşeronda ev tikənin "dərisini soyurlar”

"Tam sənədli yerimdə ev tikirəm. Gəldi 4000 manat istədi. Üzümüzə dedilər ki, pul verməsən, sökəcəyik. Zorla 2000-ə saldırdıq. Yerimizin sənədli olmasının da əhəmiyyəti yoxdu, "onsuz da verməlisiniz” deyirlər. Hamı verir. Bunların yediklerinin qarşısında Ağstafa, Yevlax dənizdə damcı deyil”, deyir Abşeron rayon sakini. Adının anonim qalmasını istəyən şikayətçi hər zonanın özünün pulyığanı olduğunu da söyləyir: "Ev tikəndə gedirsən Abşeron Rayon İcra Hakimiyyətinə ki, ev tikirəm. Əvvəllər ev tikən şəxs birbaşa hesaba yatırırdı pulu. O hesab da Heyder Əliyev Fondu idi. İndi o yoxdu. Mədəni formada "Niva”lı qaqaşlar gəlir, bazarlıq edir. Seymur adlı oğlandı”.

Ola bilsin İradə Gülməmmədovanın oğlu, 1992-ci il təvəllüdlü Məhəmməd Gülməmmədov üçün rayon ərazisində ev tikdirmək "dərisi soyulmadan” başa gəlir. Belə ki, Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq Sovxozunu ərazisində 2 mərtəbəli, mansardlı fərdi yaşayış evinin icazəsini hələ 2017-ci ildə alıb. M.Gülməmmədovun tikdirdiyi 1056 kv/m-lik evin qazancını necə əldə etməsiylə bağlı bilgi yoxdur./meydan

7NEWS.az

 



RƏYLƏR