“Bavariya” Almaniya çempionatını pivə “duş”u ilə başa vurdu – VİDEO

OXUNUB: 1136 İDMAN

Münhen "Bavariya”sının futbolçuları Almaniya çempionatının son oyununda da qələbə qazanıblar və növbəti çempionluqlarını bayram ediblər.

İcmal.Az Report-a istinadən xəbər verir ki, idmançıların bayram şənliyini nümayiş etdirən videogörüntülər klubun "Youtube”dakı rəsmi kanalına yerləşdirilib.

Münhenlilərin "Fraysburq”la 4:1 hesablı qələbə matçından sonra futbolçular və məşqçi heyəti bir-birlərinin üstünə pivə töküblər. Onlar arasında ən fəalları isə Filip Lam və Habi Alonso olub. Bu görüş karyeralarını başa vuran futbolçular üçün sonuncu olub.

Münhen "Bavariya”sı 27-ci dəfə Almaniyanın çempionu adını qazanıb. Klub 2016/17 turnirinin başa çatımasına 3 tur qalmış liderliyə yüksəlib.

İcmal.Az

RƏYLƏR