Bayram Kürdəxanılının ölümü ilə bağlı cinayət işi başlanıb

OXUNUB: 594 HADİSƏ

Tanınmış meyxanaçı Bayram Kürdəxanılının (Bayramqulu Quliyev) ölümü ilə bağlı cinayət işi açılıb.

 

 Bayram Kürdəxanılının avtomobillə vurulması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən sürücü şübhəli şəxs qismində saxlanılıb.

 

Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, Bayram Kürdəxanılı ötən gecə Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.  

  

Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib./apa

 

 

İcmal.Az

RƏYLƏR