"Bazarstore"da karantin qaydaları POZULDU

OXUNUB: 150 Özəl GÜNDƏM İQTİSADİYYAT

"Bazarstore"da karantin qaydaları pozulub.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması - maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib edilən protokol baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib. İş hakim Aygün Qurbanovanın icraatına verilib.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.


RƏYLƏR