BDU 5 manatlıq şirkətlə 33 minlik müqavilə bağladı

OXUNUB: 615 Özəl GÜNDƏM İQTİSADİYYAT

Bakı Dövlət Universitetinin (BDU) tədris və yardımçı binalarının yanğından mühafizəsi üçün kommunikasiya və hidrant sistemlərinin layihələndirilməsi işlərinin satınalınması ilə bağlı müqavilə bağlanıb.

Layihələndirmə işlərini "AAB LAYİHƏ-TİKİNTİ” MMC görəcək. Müqavilənin şərtlərinə görə, BDU şirkətə 33 min manat ödəyəcək.

Qeyd edək ki, "AAB LAYİHƏ-TİKİNTİ” MMC 7 dekabr 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 5 manatdır. Hüquqi ünvanı Yasamal rayonu, Şərifzadə küçəsi ev 80,m.6-dır.

Şirkətin qanuni təmsilçisi Səfərov Taleh Kitay oğludur./Qaynarinfo

Icmal.Az

RƏYLƏR