BDU-nun Jurnalistika fakültəsinə yeni dekan seçildi – FOTO

OXUNUB: 889 SOSİAL

Bakı Dövlət Universitetində (BDU)yeni təyinat olub. Modern.az-ın əldə etdiyi məlumata görə, universitetin Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu Jurnalistika fakültəsinin dekanı seçilib.

İcmal.Az modern.az-a istinadən xəbər verir ki, universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova faktı təsdiqləyib.

P.İbrahimova V.Zifəroğlunun bu gündən vəzifəsinin icrasına başladığını bildirib.

Qeyd edək ki, V.Zifəroğlu mayın 12-də dekan əvəzi təyin olunmuşdu. Ona qədər BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti olaraq Cahangir Məmmədli icra edirdi.

 

İcmal.Az

RƏYLƏR