BDU THİK-dən nümunəvi addım: XOCALIDAN OLAN TƏLƏBƏLƏRİN NƏQLİYYAT XƏRCLƏRİ TAM QARŞILANACAQ

OXUNUB: 671 SOSİAL
BDU THİK əslən Xocalıdan olan tələbələrin nəqliyyat xərclərini ödəməyi öhdəsinə götürüb

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THİK) sədri Daşqın Qənbərov universitetin əslən Xocalıdan olan tələbələri ilə görüş keçirib. O, Xocalı soyqırımı, onun beynəlxalq müstəvidə tanıdılması istiqamətində dövlət səviyyəsində, həmçinin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətindən bəhs edib. 
Daha sonra tələbələr faciə ilə bağlı valideynlərinin, qohumlarının kədərli xatirələrini bölüşüblər.
Sonda tədris ilinin sonuna qədər THİK Rəyasət Heyətinin əslən Xocalıdan olan tələbələrin universitetə gəliş – gedişilə bağlı nəqliyyat xərclərinin BDU THİK tərəfindən ödəniləcəyi barədə qəbul etdiyi qərar diqqətə çatdırılıb və tələb olunan maddi vəsait yüklənmiş nəqliyyat kartları onlara təqdim olunub.
 
İcmal.Az

RƏYLƏR