BƏƏ-də iki futbolçu saç düzümünə görə cərimə olunub

OXUNUB: 801 İDMAN

BƏƏ-nin "Əl-Ayn" futbol klubunun yarımmüdafiəçisi Keyo və "Əl-Vəhdi" komandasının forvardı Murad Batnu məqbul olmayan saç düzümünə görə cərimə olunublar.

Hər iki futbolçu 1000 dirhəm (təqribən 219 avro) ödəməli olacaq.

Bundan əlavə, oyunçular saç düzümlərini dəyişməyəcəkləri təqdirdə "bunun sonrakı nəticələri" barədə xəbərdarlıq məktubu alıblar.

BƏƏ çempionatında müəyyən saç düzümləri ilə bağlı qadağalar mövcuddur. Xüsusilə, futbolçulara başın bir hissəsini tam qırxmaq qadağandır./report

 

İcmal.Az

RƏYLƏR