BƏƏ və Səudiyyə Ərəbistanı Qətərə qarşı hava blokadasını yumşaldıblar

OXUNUB: 624 DÜNYA

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti üçüncü ölkələrin aviaşirkətlərinə Qətərə və Qətərdən reyslər həyata keçirərkən Əmirliklərin hava məkanı və aeroportlarından istifadə etməyə icazə verib.

İcmal.Az RİA Novosti-yə istiandən xəbər verir ki, bir müddət öncə Fars körfəzinin, BƏƏ və Səudiyyə ərəbistanı da daxil olmaqla bir sıra ölkələri Qətərə uçan və oradan həyata keçirilən bütün aviareyslər üçün hava məkanlarını bağlamışdılar.  

"Qadağa BƏƏ və Qətərdə qeydiyyatdan keçməyən aviaşirkətlər və təyyarələrə şamil edilmir”, - bu barədə çərşənbə günü agentlik məlumat yayıb. 

Analoji qərar Səudiyyə Ərəbistanının mülki aviasiya İdarəsi tərəfindən də qəbul edilmişdi.  

Bundan başqa, Qətər aviasiyası tərəfindən həyata keçirilən reyslər istisna olmaqla, özəl və çarter reysləri 24 saat öncədən icazə alaraq hava məkanına daxil ola bilərlər. 

BƏƏ mülki aviasiya İdarəsi Qətərdə qeydiyyatdan keçən bütün aviaşirkətlər və təyyarələrə aeroportlarda eniş və BƏƏ hava məkanından keçidə qoyduğu qadağa barədə ilkin qərarını təsdiqləyib. BƏƏ, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrdən Qətərə olan reyslər ləğv edilib. 

Xatırladaq ki, İyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Komor adaları və Mavrikiy də qoşulub.

İcmal.Az

RƏYLƏR