Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)

OXUNUB: 586 HADİSƏ İQTİSADİYYAT
Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov hazırladıqları yeni video çarxda məmurları hədəfə alıb.

Qaynarinfo xəbər verir ki, Bəhram Bağırzadənin "Instagram"da yerləşdirdiyi videoda Tahir İmanov vəzifədə olan məmur obrazını canlandırıb.

"27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox. Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Camaat var oğurlayır, oğurlayır, oğurlayır. Mən cəmi 32 milyon oğurladım. Özü də dollarla" deyə Tahir İmanov bildirib.

RƏYLƏR