Belarusdakı seçkilərdə müxalifət namizədinə sui-qəsd cəhdi oldu

OXUNUB: 2551 DÜNYA
Belarusda prezident seçkiləri zamanı hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun əsas rəqibi hesab olunan, prezidentliyə namizəd Svetlana Tixanovskayaya qarşı sui-qəsdə cəhd olub.

 

"Haber Global” xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri Valeri Vakulçik bildirib.

 

Dövlət rəsmisi ONT telekanalında qatıldığı bir verilişdə qeyd edib ki, müxalifətin seçki qərargahından onlara bildirildiyinə görə, ölkədə provakasiya və qarışıqılıq yaratmaq məqsədi ilə Tixanovskayaya qarşı sui-qəsd hazırlığından şübhələnirlər.

 

Bundan qısa müddət əvvəl isə hüquq-mühafizə orqanlarının bir mesaj aşkarladıqları və sözügedən mesajda "bir nəfərin qurban edilməsinin lazım olduğu” yazıldığı açıqlanıb. Vakulçik əlavə edib ki, həmin mesajı yollayan adam təyin edilib və artıq həbsi ilə bağlı iş gedir.

 

DTK rəhbəri onu da vurğulayıb ki, müxalifətin seçki qərargahının qorunması üçün 120 mühafizə işçisi təyin olunub.

 

Qeyd edək ki, Belarusda ötən gün keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun yüksək səs faizi qələbə qazandığı açıqlanmışdı. (Oxu.az)

RƏYLƏR