"Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?" - İTTİHAM

OXUNUB: 488 Özəl GÜNDƏM HADİSƏ
Teref.az yazır ki, dövlətimiz həqiqətən əlillərin qayğısına qalır. Ən azından qanunlar qəbul etməklə. Binaların tiklişində, yolların salınmasında, səkilərdə, tunellərdə və yeraltı keçidlərdə əllillərin rahatlığı üçün bir çox işlər görülür.
Qanunla avtomabil sürən əlillərin parkovka məsələsidə həll olunub. Amma bu qanun kağızda qalıb.Buyurun gedin maşın dayanacaqlarına baxın orda əlillər üçün işarələnmiş bir yer tapsanız bu bir möcüzə olar.
Ancaq əlillırin ən böyük problemlərindən biri qanunun onlara icazə verdiyi "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 5-ci bəndinin 4-cü yarımbəndidir. Bu qanunda nə deyilir?
""Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 5-ci bəndinin 4-cü yarımbəndinə əsasən 3.2, 3.8-3.30 qadağan işarələrinin qüvvəsi ƏLİLLİYİ OLAN ŞƏXS TANINMA NİŞANINA MALİK AVTOMOBİLLƏRƏ ŞAMİL EDİLMİR. " Lakin BNA-da bunu deyəsən bilən yoxdur.
Bu qanun əlillərin şikəst olduqlarını nəzərə alaraq onlara DAYANMA, DURMA qadağan olunan yerlərdə maşınlarını saxlamağa və işlərini görməyə icazə verir. Bu bütün dünyada qəbul olunmuş bir praktikadır. Çünki təbii olaraq şikəst adam maşınını 1 km uzaqda saxlayıb, aptekə, mağazaya və ya hər hansı bir ehtiyacı üçün gedə bilməz. Qanun bunu nəzərə alaraq qəbul edilib. Lakin görün möhtərəm BNA bunu sayır? ƏIlillərin maşınlarına (təbii olaraq qabaq və arxa şüşələrində tanınma nişanları olanlardan söhbət gedir)dalbadal 20 manatlıq cəzlar gəlir. Etdiyiniz şikayətlərə isə 1 cavab var.
"Şikayətinizə 10 iş günü müddətində baxılacaq!?
Bizi isə 1 sual düşündürür. Axı niyə bu əlil qanun pozmadığı halda ona cəza kəsilməlidir və o da məcbur olub şikayət etməlidir?
Belə çıxır ki, dövlətin qanunları BNA-ya şamil olunmur?

RƏYLƏR