"Belə həssas bir məqamda "AzərSun" dövlətə xəyanət edir" - Partiya sədri

OXUNUB: 511 Özəl GÜNDƏM İQTİSADİYYAT


7NEWS.az xəbər verir ki, bu barədə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu paylaşım edib: "Böyük supermarketlərdə artıq 4 gündür ki, şəkər tozu tapılmır. Böyük market sahibləri Azərbaycan bazarında qida təminatçısı olan AzərSun-un şəkər tozu ilə marketləri təmin etmədiyini, bunun əsas səbəbi kimi də nəzərdə tutulan qiymət artımının olduğunu bildirirlər… Heç şübhəsiz ki, şəkər tozunu qiymət artırılacaq deyə mağazalardan yığışdırmaq qanunsuz hərəkət olmaqla yanaşı həm də Azərbaycanda qida təminatının monopolyada olmasının açıq göstəricisidir. 

Anlamaq çətindir ki, nə səbəbdən digər iş adamlarına ölkəyə şəkər tozu gətirmək nə səbəbdən mümkünsüzə çevrilib… 

Heç kimə sirr deyildir ki, yay aylarında Azərbaycan xanımları müxtəlif bağlamalar edir, qış üçün hazırlıqlar görür. Belə bir lazımı vaxtda şəkər tozunu mağazalara paylamamaq, qiymətinin artımını nəzərdə tutmaq dövlətə qarşı sabataj deyildə nədir?! 

Niyə, nə səbəbdən qida sənayesində inhisara qarşı mübarizə aparılmır? 

Yay ayı olmasına baxmayaraq ölkədə qiymət artımı tüğyan edirsə bizi qışda nə gözləyir? 

Hər kəs bilsin: Belə həssas bir məqamda süni qiymət artımı təşkil etmək dövlətə xəyanətdir! 

Hesab edirəm ki, dünyada qida böhranının başlaması gözlənildiyi bir zamanda, qida böhranı başlamamış süni "böhran” yaratmaq istəyən şəxslər barəsində ən ciddi tədbirlər görülməlidir. "Böhran öncəsi böhran” yaradaraq bundan faydalanmaq istəyən işbazların əməlinə hüquqi qiymət verilməsi artıq zərurətə çevrilib!"

RƏYLƏR