Bələdiyyə sədrinin Şəhidə hörmətsizliyi davam edir- FOTOLAR

OXUNUB: 732 HADİSƏ

Şəhid abidəsinin yerini satan Bələdiyyə sədri şəxsi ambisiyaları ucbatından abidə-bulaq kompleksini təmir etməkdən boyun qaçırır.

21 iyun 2019-cu il tarixdə həm Kanal32.info,həm də azbelediyye.az saytlarında "ŞƏHİDİMİZƏ qarşı görünməmiş hörmətsizlik” başlıqlı məqalə dərc olunmuşdu.Xəbər verdiyimiz kimi bu utancverici olayın yaşandığı məkan isə Şəki rayonunun Kiçik Dəhnə kəndidir.Belə ki,kənd bələdiyyəsinin sədri Əlvida Calalovun "yüksək vətənpərvərliyi” sayəsində 2000-ci ildə Cəlilov Rövşən Ələssan oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə 1 sot ərazidə tikilən abidə-bulaq kompleksinin ərazisi satılıb.Özü də Bələdiyyə sədrinin verdiyi rəsmi sənəd əsasında.Hələ bu azmış kimi abidə-bulaq kompleksi baxımsız qalaraq ətrafı zibilliyə çevrilib.Biz redaksiya olaraq bu biabırçı vəziyyəti saytımızda dərc edən sonra məsələ ictimailəşdi və  problemin təzliklə həll olunması üçün tərəfimizdən həm Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova,həm də Kiçik Dəhnə kənd Bələdiyyəsinin sədri Əlvida Calalova rəsmi məktub ünvanladıq.Həmçinin,mövcud vəziyyətin aradan qaldırılması və ərazinin abadlaşdırılması üçün dəfələrlə telefon əlaqəsi yaratdıq.Telefon söhbəti zamanı icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov da,Bələdiyyə sədri Əlvida Calalov da bildirdilər ki,yaxın zaman kəsiyində Şəhid bulağının ətrafı tam abadalaşadırılacaq,su və işıq xətti bərpa ediləcək,kompleksin ətrafına məhəccər çəkiləcək.Ağacların əkilməsi isə mövsümə uyğun həyata keçiriləcək.Ancaq ötən 1 ay 17 gün ərazində sədr Əlvida Calalov "olmazın əziyyətini” çəkərək abidə kompleksi ərazisində "möhtəşəm” təmir-abadlıq işi aparıb.Belə ki,ərazidə yalnız sakinə məxsus çaylaq daşları və təkər götürülüb.köhnə su borusu yerüstü şəkildə "bərpa” edilib və ekskvatorla daşların altında qalmış xırlı torpaq abidə-bulaq kompleksinə doğru kürünüb.Əvvəlki və sonrakı vəziyyəti əks etdirən fotoları təqdim edirik.Baxın və qiymət verin.

Şəkil 1:Bulaq komplkesi "abadlaşma”dan sonra-iyul 2019

https://kanal32.info/wp-content/uploads/2019/08/67687266_2391944547557575_5938844781340786688_n-300x169.jpg 300w, https://kanal32.info/wp-content/uploads/2019/08/67687266_2391944547557575_5938844781340786688_n-768x432.jpg 768w" sizes="(max-width: 960px) 100vw, 960px" src="http://kanal32.info/wp-content/uploads/2019/08/67687266_2391944547557575_5938844781340786688_n.jpg" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 15px auto 25px;" />

Şəkil 2:Bulaq komplkesi "abadlaşma”dan əvvəl-iyun 2019

https://kanal32.info/wp-content/uploads/2019/08/bu-sekil-300x225.jpeg 300w, https://kanal32.info/wp-content/uploads/2019/08/bu-sekil-768x576.jpeg 768w, https://kanal32.info/wp-content/uploads/2019/08/bu-sekil-86x64.jpeg 86w, https://kanal32.info/wp-content/uploads/2019/08/bu-sekil.jpeg 1040w" sizes="(max-width: 1024px) 100vw, 1024px" src="http://kanal32.info/wp-content/uploads/2019/08/bu-sekil-1024x768.jpeg" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 15px auto 25px;" />

Onu da qeyd edək ki,hələ 1 ay 17 gün müddətində nə Şəki şəhər İcra Hakimiyyəti,nə də Kiçik Dəhnə kənd Bələdiyyəsi redaksiyanın göndərdiyi rəsmi məktublara cavab verməyib.Bütün bu yaşananlar ölkəmizdə məmur məsuliyyətsizliyini,məmur özbaşınalığını bir daha çılpaqlığı ilə ortaya qoyur.

Redaksiya olaraq hər iki idarəetmə qurumunun diqqətinə çatdırmaq istəyirik ki,onların rəsmi məktublara cavab verməməsi Azərbayacan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr 2015-ci il tarixli qərarı ilə qüvvəyə minmiş "Vətəndaşların müraciətləri haqqında Azərbaycan
Respublikasının Qanunu”
nun tələblərinin kobud şəkildə pozulmasıdır.Konkret desək,bu qanunun 10-cu maddəsinin(Maddə 10. Müraciətə baxılması müddəti) tələbləri bu günə kimi yerinə yetirilməyib.Həm Şəki şəhər İcra Hakimiyyəti,həm də Kiçik Dəhnə kənd Bələdiyyəsi anlamalıdır və bilməlidir ki,qanunun 16-cı maddəsində göstərilir ki,bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Görəsən,Kiçik Dəhnə kənd Bələdiyyəsinin sədri Əlvida Calalov bu məsuliyyətsiz davranışları sərgiləməkdənsə,bilavasitə vəzifə borcu olan və kiçik xərc tələb edən təmir-bərpa işlərini niyə aparmır?Axı Şəhid abidəsi üçün sərf olunacaq vəsaiti o,öz cibindən deyil,bələdiyyənin büdəcəsindən xərcələyəcək?(Baxmayaraq ki,Bələdiyyə sədri çox  geniş biznes imkanlarına malikdir) 

Onu da qeyd edək ki,Kiçik Dəhnə kənd Bələdiyyəsindəki utancverici vəziyyətlə və məmur məsuliyyətsizliyi ilə bağlı Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevə rəsmi məktub göndərmişik.Əgər qısa müddətdə Şəhidin adıan salınmış abidə-bulaq kompleski əsaslı şəkildə təmir olunub,ətrafı məhəccər çəkilməklə abadlaşıdırlmasa Cənab prezidentə video-müraciət ünavnalayacağıq.

https://kanal32.info/wp-content/uploads/2019/08/zeynal-300x225.jpg 300w, https://kanal32.info/wp-content/uploads/2019/08/zeynal-768x576.jpg 768w, https://kanal32.info/wp-content/uploads/2019/08/zeynal-86x64.jpg 86w" sizes="(max-width: 960px) 100vw, 960px" src="http://kanal32.info/wp-content/uploads/2019/08/zeynal.jpg" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 15px auto 25px;" />

Xatırladaq ki,Kiçik Dəhnə kəndindən olan şəhid Rövşən Cəlilov 1974-cü ildə kasıb kolxozçu ailəsində anadan olub.1993-cü ilin mart ayında Qarabağ uöurunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.Atası Ələssan kişi bir neçə il bundan əvvəl rəhmətə gedib.Anası Mərmər xanım  isə oğlunun ölümündən sonra ciddi psixoloji sarsıntı nəticəsində sağalmaz xəstəliyə tutulub.Xalq arasında deyildiyi kimi "dəli olub”.Haqqın dərgahına qovuşmuş ata və yaşadığı dünyanın acımasız gərdişini duymayan biçarə ana canını Vətən yolunda qurban vermiş oğlunun ruhuna qarşı edilən hörmətsizlikdən xəbərsizdir.

Müəllif: İnqilab Şirinbəyli

https://kanal32.info/wp-content/uploads/2019/08/67684355_723392944761533_3060778992903651328_n-300x169.jpg 300w, https://kanal32.info/wp-content/uploads/2019/08/67684355_723392944761533_3060778992903651328_n-768x432.jpg 768w" sizes="(max-width: 960px) 100vw, 960px" src="http://kanal32.info/wp-content/uploads/2019/08/67684355_723392944761533_3060778992903651328_n.jpg" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 15px auto 25px;" />

Abidə-bulaq komplkesi "abadlaşma”dan sonra-iyul 2019

https://kanal32.info/wp-content/uploads/2019/08/69085982_668383583683520_4010848732558917632_n-169x300.jpg 169w" sizes="(max-width: 540px) 100vw, 540px" src="http://kanal32.info/wp-content/uploads/2019/08/69085982_668383583683520_4010848732558917632_n.jpg" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; display: block; margin: 15px auto 25px;" />

RƏYLƏR