Benzinin bahalaşmasından daha PİS XƏBƏR – Dizel də...

OXUNUB: 7668 İQTİSADİYYAT
Büdcədən kəsr artıqca məhsulların qiymətində bahalaşma müşahidə edilir. Dövlət kəsrləri vətəndaşların hesabına aradan qaldırmağa çalışır. Neft dövrünün bitməsi hər cür bahalaşmanı labüd edir.

Ölkədə qiymətlər onsuz da günü-gündən artır. Belə bir vaxtda Tarif Şurası benzinin qiymətini 70 qəpikdən 90 qəpiyədək artırdı. Hazırda dizelin litri isə 60 qəpikdir.

Yükdaşımalarda daha çox dizeldən istifadə edilən nəqliyyatlardan istifadə edilir? Ola bilərmi ki, məhsulların qiyməti benzinlə bərabər qalxmasın?

Bununla bağlı a24.az iqtisadçı ekspert Samir Əliyevdən açıqlama alıb. Ekspert bildirdi ki, dizelin qiymətinin artması istisna edilmir. "Benzinlə dizelin qiyməti arasında əvəllər uzun müddət fərq olub. Bu fərq dizellə maşın işlədənlərin sayını daha da artırdı. Hətta 2000-ci illərin əvvəllərində dizellə işləyən maşınların sayı birdən-birə artdı. Hökumət də dizellə benzinin qiyməti arasındakı fərqi azaltdı. İndi yenidən benzinin qiyməti qaldırıldı. Ucuz taksi xidməti göstərənlərdə və yükdaşımalarda bu özünün göstərəcək. Amma bu o demək deyil ki, dizellə işləyən maşınların xərci də azalacaq. Burda zəncirvari proses gedir. Qiymətin bir tərəfdən qalxması, digər sahələrə də ciddi təsir edir. Mühərriki dizellə işləyən avtomobillərin başqa xərcləri artır. Bu da qiymətlərə də təsir edir. Dizelin qiymətinin artacağını istisna etmirəm”.

Bizdə hər şey əksinədir

Ekspert qeyd etdi ki, hazırda Azərbaycanda onsuz da inflyasiya səviyyəsi yüksəkdir, iki rəqəmlidir. "Devalvasiyanın təsirindən qiymətlər qalxıb. Qiymət artımını iqtisadi mexanizmlərdən istifadə edərək müəyyən qədər uzadırlar. Belə bir məqamda yenidən benzinin qiymətinin qalxması qiymət artımını daha da alovlandıracaq. Manatın məzənnəsi sabit qalıb. Sabah manat ucuzlaşsa, yenidən qiymətlərin artmasını görə biləcəyik. Hər bir halda düşünürəm qiymət artımı olmamalıdır. Böhran dövründə hökumət əsasən sahibkarlığın inkişaf etdirilməsi üçün kreditlərin faizini aşağı salır, daşınmanı ucuzlaşdırır. Bizim dövlətdə isə əksinə edilir. Kredit bahalaşır, ümumiyyətlə almaq olmur. Bu sahibkarlığın inkişafına zərbə vurur. Xüsusilə qeyri-neft sahələrinin inkişaf etdirilməsini birbaşa ləngidir”.

RƏYLƏR