"Bərabər hüquqlar, bərabər imkanlar" - Avrasiya Əməkdaşlıq Fondunun layihəsi

OXUNUB: 1035 QHT
Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi ilə "Bərabər hüquqlar, bərabər imkanlar” layihəsi çərçivəsində 19-22 Aprel 2017-ci il tarixində 4 günlük təlim kecirilib.
Sosial işcilər, hüquqşünaslar, psixoloqlardan ibarət 20 nəfər iştirakçıya məişət zorakılığından hüquqi müdafiə mexanizmləri, zorakılıq qurbanlarına psixoloji dəstək formaları, zorakılıq törədənlərlə sosial işin aparılması, sosial xidmətlər və sosial işin təşkili, məişət zorakılığı hadisələrinin mətbuatda işıqlandırılması, mülkiyyət və əmlak münasibətlərinin tənzimlənməsi qaydaları haqqında təlimdə 5 ekspert tərəfindən məlumat verildi.
 
Təlimdə Bakı, Sumqayıt və Gəncə şəhərindən olan sosial işçilər və psixoloqlar da iştirak edirdilər.
İştirakçıların nəzəri biliklərini nəzərə alaraq onlara praktiki biliklər və konkret hüquqi hadisələrin idarə edilməsi haqqında məlumat verildi.
Layihə çərçivəsində iyun ayında Məişət zorakılığının aradan qaldırılması sahəsində çalışan QHT-lərin konfransının keçirilməsi nəzərdə tutulur.





RƏYLƏR