Bərdə xanı Vidadi İsayevin dövründə BƏRDƏ… Yaxud – “Firuzabad”a gələn tacirlər

OXUNUB: 828 Özəl HADİSƏ

Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu almışdır. 1 şəhər və 110 kəndi vardır. Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.



Bərdənin tarixi

Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.

Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirmişdir. Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı "Firuzabad” olmuşdur. "Kitabi-Dədə Qorqud” dastanında Bərdədən bəhs olunur.

Bərdə xanı Vidadi İsayevin dövründə BƏRDƏ…


Bəs bu günkü Bərdə rayonu nə vəziyyətdədir? Bu tarixi məkanı kim idarə edir? Bu rayonun bugünkü Xanı Vidadi İsayev hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olan Bərdəni necə tanıdır, necə qoruyur?

Xatırlayırsızsa bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev icra başçıları ilə görüşündə bildirmişdir ki, hər bir icra başçısı əzarətində olan şəhər və rayonun tanıdılması, xarici sərmayədarların cəlb edilməsi üçün çalışmalıdır. İcra başçıları yeni biznes sahələrinin yaradılması üçün fəal işləməli, xarici sərmayədarların cəlbi üçün axtarışlar aparmalı, əlaqələri genişləndirməlidir.

Təbii, Azərbaycanda elə rayonlar var ki, iqlim və infrastruktur baxımından bu tapşırığın həllində problemlər yaşaya bilər. Amma elə rayonlar da var ki, xarici sərmayədarlar üçün əlverişlidir və ciddi yatırımlar ayrılmasına tam hazırdır.

Rayonun səthi az meyilli və dalğalı düzənlikdir, antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var. Həmçinin kənd təsərrüfatı üçün tam yararlı, münbit torpaqları var. Elə isə niyə icra başçısı Vidadi İsayev bu imkanlardan yararlanmadı? Həm rayon sakinlərinin işsizlik probleminin həlli, həm də rayonun pontensialının üzə çıxarılması üçün sahibkarların cəlbinə çalışmadı?

Böyük biznes şəbəkəsinə malik insanlar daha çox pul qazanmaq üçün qədim tarixə malik, geniş imkanlara sahib regionların axtarışındadırlar. Qardaş Türkiyədə, qonşu Gürcüstanda yüzlərdə biznesmen tapmaq olar ki, Bərdə rayonunda böyük kənd təsərrüfatı sahəsi qurmağa hazır olsun. Bu imkanları onlara çatdırmaq lazımdır, bu insanları Bərdə ilə icra başçısı yaxınlaşdırmalıdır. Amma Vidadi İsayev və onun timsalındakı diğər icra başçıları məktəbliləri ya hansısa rayonlara göndərir, ya da Ümummilli lider Heydər Əliyevi tanıdaq adı altında layihə edir.

Əzizlərim, bu ölkədə zatən Heydər Əliyevi hər kəs tanıyır. Biz o dahi insanın qurduğu dövlətdə yaşayırıq. Məncə Heydər Əliyevin sizə ehtiyacı yoxdur. Bütün dünya onu yaxşı tanıyır, onun neçə lider olduğunu bilir. Bu ad altında manipulyasiya etməyə ehtiyac da yoxdur. Siz bu gün öhdənizə düşəni edin, rayonun sosial problemlərinin həlli üçün layhələr düşünün, biznesmenlərin cəlbinə çalışın, işsizlik probleminin həllinə nail olun.

Məhz Vidadi İsayev kimi insanlar Heydər Əliyevin qurduğu dövlətin sayəsində icra başçısıdır. Onun yetişdirdiyi böyük bir ağacın o qədər də balaca olmayan budağında əyləşən Vidadi İsayevlərin naşı idarəetməsi budağı çox pis əyib. İcra başçıları başa düşmək istəmir ki, oturduqları budağın yarpaqlarından milyon insan yapışıb.

Bərdə tarixi və geniş infrastrukturu olan rayondur, amma insanları çox pis, problemlər içərisində yaşayır. Bu o deməkdir ki, icra başçısı yerində deyil.

Ümumiyyətlə, istər Vidadi İsayev istərsə də diğər icra başçıları niyə ancaq Prezident Administrasiyasının qərarını gözləməlidir? Niyə mətbuatı güdməlidirlər ki, görək bizdən kim nə yazacaq. Nədən bu icra başçıları düşünməlidirlər ki, prezident hansısa iş üçün maliyyə ayıracaq biz də onu ya xərcləyəcəyik, ya da yeyəcəyik. Olmazmı ki, ozləri bir addım da atalar, rayona sahibkarları cəlb edərlər, zavodlar, müəssisələr tikilə?

Yaşı 60-ı ötmüş Bərdə şefi, tarix elmləri namizədidir. Müasir cəmiyyətdə alimlərin sosial idarəetmə işində fəalliyyəti ümumiyyətlə, qəbul edilmir. Dünyanın əksər demokratik ölkələrində alimləri dişli idarəetmədən uzaq tutular və onlara öz ixtsasları üzrə fəaliyyət göstərməsi tövsiyə olunur. Alim olmaq yaxşı icra başçısı olmaq demək deyil. Vidadi İsayevin bu postdan uzaqlaşdırılması gözlənilir. Tarixi Bərdənin indi daha irəli aparan, potensialını heç olmasa bizə yaxın ölkələrdə göstərmək üçün çalışan şəxsə ehtiyac var. Bunu da tarixçi olaraq Vidadi İsayev yaxşı bilər.

Yəqin ki, Roma imperatoru Avqust dövründə "Firuzabad”a (Bərdəyə gələn tacirlər indiki kimi ancaq dana, ucuz sovet maşınları almağa gəlimirdilər. Çünki Bərdə o zaman ticarət mərkəzi idi. Bəs indi Bərdə nədir, yoldaş İsayev? Bu tarixi rayon neçə il dana bazarı statusunu saxlayacaq? Məncə bərdəlilərin də rayonun da potensilı başqadır axı. Bərdənin tarixiliyini, gücünü özünə qaytarmaq lazımdır. Amma Vidadi İsayevlə deyil/Bizimxeber.az

RƏYLƏR