Bərdədə faciəvi şəkildə ölən azyaşlı qardaşlardan birinin meyiti tapıldı - YENİLƏNİB

OXUNUB: 610 HADİSƏ

Bərdədə Yuxarı Qarabağ kanalında batan qardaşlardan birinin meyiti Ağcabədidə tapılıb.

 

Bəcirəvan kəndi ərazisində "VAZ 21011” markalı maşının kanala düşməsi nəticəsində boğulan qardaşlardan 11 yaşlı Asif Əsədovun meyiti hadisənin baş verdiyi yerdən 25 km aralıda - Ağcabədi rayonun "4 Yol" adlanan ərazisində sudan çıxarılıb.

 

Meyit ailəyə təhvil verilib.

 

Hazırda Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri digər qardaşın - 13 yaşlı Mirələm Əsədovun meyitini tapılması istiqamətində əməliyyat axtarış tədbirlərin i davam etdirirlər./apa

 

 

 

İcmal.Az

 

RƏYLƏR