Bərdədə gənclər üçün karyera və məşğulluqla bağlı təlim təşkil olunub

OXUNUB: 66 SOSİAL

Noyabrın 18 -də bərdəli gənclər üçün Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı "Qarabağ Gənclərinin Karyera və Məşğulluğu üzrə təlim-məsləhət xidmətlərinin təşkili” layihəsi çərçivəsində təlim həyata keçirib.

Təlim Bərdə şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində baş tutub. Təlim İnkişaf və Karyera Mərkəzinin təşkilati dəstəyi ilə keçirilib.

Bərdə rayon İcra Hakimiyyətinin Başçısının müavini, YAP Bərdə Rayon Təşkilatının sədri Fəqət xanım Şadlinskaya əvvəlcə ADGT sədri, YAP İdarə heyətinin üzvü Asif Əsgərli və layihə rəhbəri Gülnarə Bağırovanı , eləcə də təlimdə iştirak edən gəncləri salamlayıb. Daha sonra aktual mövzudan bəhs edən layihənin Bərdə rayonunda icra olunmasını yüksək qiymətləndirib. Bunun üçün də qonaqlara minnətdarlığını bildirib.

Bərdə rayon Gənclər İdarəsinin rəis müavini Aydın Qasımov da çıxış edərək gənclərin karyera və məşğulluğunun yüksək təhsil və peşə bacarıqlarına bağlı olduğunu deyib. Gənclərə peşəkar vərdişlərin qazanılması istiqamətində daim öz üzərlərində çalışmalarını tövsiyyə edib. Qeyd edib ki, bacarıqlı , işini bilən gənclərə daim,hər zaman ehtiyyac var.

Sonra layihə rəhbəri Gülnarə Bağırova layihənin məqsədi, qarşıda duran vəzifələr, yekunda gənclərin qazana biləcəyi yeni bacarıqlardan danışıb.

Sonra təlimçi Asif Əsgərli karyera və məşğulluqla bağlı fəaliyyətlər, ehtimallar, nəzəri və praktik məsələlərdən bəhs edib.

Təlim gənclərlə diskusiya şəraitində başa çatıb.

Onu da qeyd edək ki, təlimin keçirilmə vaxtı 18-20 noyabr aralığını əhatə edir.

Təlimlərin sonunda iştirakçı gənclərə sertifikatlar təqdim olunub./Yenimedia.info 

7News.Az

RƏYLƏR